Kremldən açıqlama! Putin Priqojinlə görüşüb

15:37 10 İyul 2023

Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putin və "Vaqner"in lideri Yevgeni Priqojinin qısamüddətli üsyandan 5 gün sonra, iyunun 29-da Kremldə görüşdüyünü açıqlayıb.

Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov bəyan edib ki, “Vaqner” muzdlu qruplaşmasının Rusiyadakı qısa üsyanından bir neçə həftə sonra Rusiya prezidenti Vladimir Putin və “Vaqner”in lideri Yevgeni Priqojin görüşüb.

Peskov 23 iyunda başlayan və bir gün davam edən qiyamdan sonra Putin və Priqojinin iyunun 29-da Kremldə görüşdüyünü açıqlayıb. Jurnalistlərin suallarını cavablandıran Peskov deyib ki, Putin və Priqojin arasında Vaqner birlik komandirləri də daxil olmaqla 35 nəfərlik bir qrupla 3 saatlıq görüş çərçivəsində baş tutub və onlar Rusiya uğrunda mübarizəni davam etdirəcəklərini açıqlayıblar.

Peskov Priqojinin hazırda harada olduğunu açıqlamayıb.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 27-də verdiyi açıqlamada Priqojinin Belarusda olduğunu, lakin iyulun 6-da verdiyi açıqlamada onun artıq Belarusda deyil, Rusiyada olduğunu deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti