Xəzərdə yenidən zəlzələ oldu

09:15 11 İyul 2023

Xəzər dənizində 3 maqnitudalı zəlzələ olub.

Sitat.info xəbər verir ki, məlumatı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən,11.07.23 tarixində yerli vaxtla saat 02:44-də Xəzər dənizində zəlzələ qeydə alınmışdır", - məlumatda bildirilib.

Zəlzələ ocağı yerin 9 kilometr dərinliyində qeydə alınıb.



Xəbər xətti