Baxmutda rus artilleriyası məhv edilir - Ekspert

09:27 11 İyul 2023

Baxmut ruslar üçün tələdir.

Sitat.info xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko bildirib.

“Baxmutda əsasən desant qüvvəsi var. Orada əsasən nə baş verir? Cənubdan, şimaldan Ukrayna ordusunun təzyiqi, dominant yüksəkliklərə nəzarət, şəhərdə aktiv əməliyyatların başlaması... Amma ən əsası Baxmutun şərq kənarından təxminən 5 km aralıda rus texnikasının, xüsusilə artilleriyasının məhv edilməsi ilə bağlı son vaxtlar getdikcə daha çox videoları müşahidə edirik", - ekspert deyib.



Xəbər xətti