İndoneziya İrana məxsus neft tankerini ələ keçirib

11:37 11 İyul 2023

İndoneziya qeyri-qanuni xam neft daşımaqda şübhəli bilinən İrana məxsus neft tankerini ələ keçirdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, İndoneziyanın rəsmi xəbər agentliyi Antara-nın məlumatına görə, İndoneziya Sahil Mühafizəsi (Bakamla) iyulun 7-də qeyri-qanuni yollarla xam neft daşımaqda şübhəli bilinən İran bayraqlı “MT Arman 114” neft tankerini ələ keçirib.

Təxminən 272 min ton yüngül xam neft daşıyan İran tankerinin Kamerun bayraqlı “MT S Tinos” neft tankerinə qeyri-qanuni neft ötürdüyü və iki tankerin xəbərdarlıqlara baxmayaraq Malayziya ərazi sularına qaçmağa çalışdığı bildirilib.

Daha sonra Şimali Natuna dənizi yaxınlığında görünən İran bayraqlı neft tankerinin Malayziyanın köməyi ilə ələ keçirildiyi bildirilib.

Hamısı xarici ölkə vətəndaşı olan tankerin ekipaj üzvlərinin saxlanıldığı da qeyd edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti