Müttəfiqlər razılaşdı! Bu gün NATO-da Ukrayna ilə bağlı müsbət qərar veriləcək

11:32 11 İyul 2023

 NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Alyansa daha da yaxınlaşdığına eyham vurub. 

Sitat.info xəbər verir ki, Stoltenberq  jurnalistlərlə söhbətində  NATO-nun Ukrayna ilə bağlı qəti qərarlar verəcəyinə “əmin olduğunu” deyib.

Onun sözlərinə görə, müttəfiqlər hazırda müzakirəni yekunlaşdırırlar: “Ukrayna NATO-ya çox yaxınlaşıb, artıq bunu NATO-nun bütün qərarlarında əks etdirməyin vaxtı çatıb”.

“The Guardian” öz növbəsində Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın bəyanatına istinad edərək yazır ki, Vilnüs sammitində ABŞ Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı “müsbət siqnal göndərəcək”. Bundan əlavə, Sallivanın sözlərinə görə, NATO-nun Ukraynaya yeni yardım paketi razılaşdırılacaq.

Məğrur,

Sitat.info



Xəbər xətti