ABŞ-da 37 milyon insan istilərə görə risk altındadır

12:03 11 İyul 2023

ABŞ-ın şimal-qərbindən cənub-şərqinə qədər bir çox ştatlarda yaşayan təxminən 37 milyon insana təhlükəli isti hava ilə bağlı xəbərdarlıq edilib.

Sitat.info xəbər verir ki, ABŞ Milli Meteoroloji Xidmətinin (NWS) verdiyi açıqlamada, ekstremal temperaturun ölkənin şimal-qərbində Sakit Okean sahillərindən cənub-qərbindəki səhralara və Şərqdə Floridaya qədər uzanan bölgəyə təsirini davam etdirəcəyi bildirilib.

Açıqlamada, sözügedən xətt ətrafında yaşayan təxminən 37 milyon sakindən bəzən həyati təhlükələrə səbəb olan temperatur artımlarına qarşı diqqətli olmaları istənilib.

Açıqlamada ekstremal temperaturların həftə sonuna qədər davam edəcəyi qeyd edilib və bu prosesdə istilərlə bağlı xəstəliklərin arta biləcəyi qeyd edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti