Aİ və NATO hər biri tərəzinin bir gözündədir: Ankara açıq addımlar atır

12:18 11 İyul 2023

İsveçin mümkün NATO üzvlüyü, Türkiyənin müxalifəti, Vaşinqton-Ankara xəttində sıx trafik... Prezident Ərdoğan Türkiyənin Aİ üzvlüyünü də bu bərabərliyə əlavə etdi. Türkiyənin nə ala biləcəyini, nə verə biləcəyini açıq şəkildə oynadığına diqqət çəkən Ankara nə ABŞ-a, nə də Aİ-yə tam etibar etmir.

Prezident Rəcəb Tayyib Ərdoğan NATO zirvə toplantısına ev sahibliyi edəcək Litvaya yola düşməzdən əvvəl kameralar qarşısına keçərkən ümumi gözlənti görüşlə bağlı qeydlərin gündəmə gəlməsi idi. Lakin olmadı. Ərdoğan deyib: “Əvvəlcə Avropa Birliyində Türkiyənin yolunu təmizləyək, sonra İsveçin də yolunu açaq”.

Daha sonra Ərdoğan Litvada NATO baş katibi və İsveçin baş naziri ilə birgə görüş keçirib və bu görüşdən sonra üç əsas mövzu gündəmə gəldi. Türkiyə İsveçin NATO-ya üzvlük prosesini Türkiyə Böyük Millət Məclisinə həvalə edəcək. İsveç Ankaranın Aİ-yə üzvlük prosesinə hərtərəfli dəstək verəcək. ABŞ isə Türkiyənin "F-16" modernləşdirmə tələbinə daha konkret addımlarla yanaşacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti