Taliban: İsveç üzr istəyənə qədər...

12:27 11 İyul 2023

İsveçin Əfqanıstandakı nümayəndəliklərinin işi İsveç hakimiyyəti Quranın təhqirinə görə üzr istəyənə qədər dayandırılır.

Sitat.info xəbər verir ki, bu barədə “Taliban” hərəkatının nümayəndəsi Zəbiullah Mücahid deyib.

“İsveçdə Qurani-Kərimin və müsəlman inancının təhqir olunmasından sonra Əfqanıstan İslam Əmirliyi bu iyrənc hərəkətə görə müsəlmanlardan üzr istəyənə qədər İsveçin Əfqanıstandakı fəaliyyətini dayandırır”, - o bildirib.

Qeyd edək ki, iyunun 28-də İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki məscid yaxınlığında Quran yandırmaq aksiyası keçirib.



Xəbər xətti