Əfqanıstan İsveçlə bağlı radikal qərar verdi: Qurana qarşı təxribatlara görə...

13:35 11 İyul 2023

Əfqanıstan İsveçdə Qurana qarşı törədilən təhqiramiz təxribatlara görə, İsveçin Əfqanıstandakı fəaliyyətini dayandırdığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Taliban rəhbərliyindəki Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahidin verdiyi açıqlamada aşağıdakı ifadələr yer alıb:

“İsveçdə Quranı və müsəlman inancını təhqir etdikdən sonra İslam Əmirliyi bu alçaq hərəkətə görə müsəlmanlardan üzr istəyənə qədər İsveçin Əfqanıstandakı fəaliyyətini dayandırdı.
Müvafiq təşkilatlar bu direktivə əməl etməyə borcludurlar. İsveçin kobud davranışına toxunan Əfqanıstan İslam Əmirliyi digər müsəlman ölkələrinin də bu ölkə ilə münasibətlərinə yenidən baxmağa dəvət edib”.

Seymur,

Sitat.info



Xəbər xətti