Rusiyada məşhur brendlərin mağazalarının, kafelərinin, butiklərinin üstünə "Davay, do svidaniya" ("Haydı, əlvida") yazısı olan stikerlər vurulub.
Belə ki, Rusiya mətbuatının yazdığına görə ötən gün Moskvadakı "Cartier" zərgərlik brendi butikinin, həmçinin "Starbucks" kafesinin pəncərəsində bu cür “etiketlər” peyda olub. Analoji pankart “McDonalds”ın Mira prospektindəki binasında da asılıb.
Aksiyanın arxasında kimin dayandığı hələlik məlum deyil. Lakin bütün şəhərlərdə eyni stikerlərdən istifadə olunur.
Qeyd edək ki, bir müddət bundan əvvəl reper Timati Qərb brendləri ilə ayrılmaqdan narahat olmamağa çağırmışdı. "Çoxları narahatdır. Amma nəhayət ki, rus məhsulunu bazara çıxarmaq üçün sonsuz imkanlar açılıb. Biz isə Qərb brendlərinə “Davay, do svidaniya” deyəcəyik.
Artıq oxşar hadisə paytaxtdan kənarda da görünməyə başlayıb. Məsələn, Çelyabinskdə "Zara" və "Adidas" mağazalarına da bu cür stikerlər vurulub. Saratovda isə "McDonalds", "Hugo Boss" mağazası və hətta fəaliyyət göstərən "Burger King" də bu cür etiketlənib.