Birləşmiş Millətlər Təşkilatı İsrailin fələstinliləri tez-tez dəlil olmadan günahkar olduqlarını əsas gətirərək həbs etdiyini və 1967-ci ildən bəri İsrail tərəfindən həbs edilən fələstinlilərin sayının 800 mini keçdiyini bildirib.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçisi Françeska Albanese işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti ilə bağlı hazırladığı hesabatı BMT-nin İnsan Haqları Şurasına təqdim edib.
Albanese hesabatında deyib: "İsrail işğalı bütün işğal olunmuş Fələstin torpaqlarını açıq hava həbsxanasına çevirərək fələstinliləri saxlamağa, izləməyə və cəzalandırmağa davam edir".
Fələstinlilərin nəsillər boyu işğal olunmuş ərazilərdə sistematik və geniş yayılmış əsassız həbslərdən əziyyət çəkdiyini qeyd edən Alban, fələstinlilərin İsrail tərəfindən tez-tez dəlil olmadan günahkar sayıldığını, heç bir ittiham irəli sürülmədən həbs edildiyini və order olmadan həbs edildiyini bildirib.
Seymur Bənnayev
Sitat.info