Zelenski: NATO Ukraynanın təhlükəsizliyini təmin edəcək, Ukrayna NATO-nu daha güclü edəcək

22:33 11 İyul 2023

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, NATO Ukraynanın təhlükəsizliyini təmin edəcək və Ukrayna NATO-nu daha güclü edəcək.

Sitat.info xəbər verir ki, Zelenski NATO sammitində iştirak etmək üçün gəldiyi Litvanın paytaxtı Vilnüs şəhərinin mərkəzində Ukraynanın NATO üzvlüyünə dəstək toplantısının açılışında danışıb.

Zelenski Litvaya “güclü NATO-ya, şübhə etməyən, vaxt itirməyən və heç bir təcavüzkara dönüb baxmayan NATO-ya inamla” gəldiyini bildirib.

“Bu inancın layiq olduğumuz həllərə olan  inama çevrilməsini istəyirəm. Hər bir əsgərimiz, hər bir vətəndaşımız, hər bir anamız, hər bir balamız bunu gözləyir. Yəni bu böyük arzudur? NATO Ukraynanın təhlükəsizliyini təmin edəcək, Ukrayna NATO-nu daha güclü edəcək”, - Zelenski deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti