Danimarka hakimiyyəti ukraynalı qaçqınları qəbul etmək üçün 2 milyard kron (300 milyon ABŞ dolları) ayırıb.
Musavat.com "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin "Ritsaus" bürosu məlumat yayıb.
Vəsaitlər Ukraynadan Danimarkaya 20 min insanın gəlməsi səbəbindən kasıb ölkələrə yardım fondundan götürülüb.
Bununla belə, hökumət xəbərdarlıq edir ki, qaçqınların sayı daha çox ola bilər. Bu, baş verərsə, onların təminatı üçün vəsait yenidən Mali, Banqladeş, Burkina Faso və Suriya kimi ölkələrə yardım göstərən inkişaf fondundan ayrılacaq.