Ərdoğanla Makron Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

21:15 24 Mart 2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Yelisey sarayı məlumat yayıb.

Qeyd olunub ki, türkiyəli liderlə görüşü zamanı Makron ölkəsinin Minsk Qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasındakı böhranda daimi siyasi həll yolu tapmaqda qərarlı olduğunu bildirilib.

Makronun Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün göstərilən səylərdən məmnunluğunu ifadə etdiyi vurğulanıb.

Tərəflər Ukraynadakı vəziyyəti də müzakirə edərək, müharibədən yan keçməyin vacib olduğunu qeyd edib.



Xəbər xətti