Ərdoğan Boris Consonla görüşüb

21:30 24 Mart 2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, görüş Brüsseldə NATO liderlərinin fövqəladə iclası çərçivəsində baş tutub.



Xəbər xətti