Baydeni inandırmaq fikrində deyiləm - Zelenski

15:41 12 İyul 2023

ABŞ lideri Co Baydeni Ukraynanın NATO-ya üzvlüyünün vacibliyinə inandırmaq fikrində deyiləm.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezident Vladimir Zelenski deyib.

“Ukraynaya kömək edən Baydenə və Konqresə minnətdaram. Mən Baydenin bizi NATO-da görməsinə arqumentlər tapmaq fikrində deyiləm. Hesab edirəm ki, bu arqumentlər qarşılıqlı olmalıdır, çünki bu, təhlükəsizlikdir. Mən əminəm ki, müharibədən sonra Ukrayna NATO-da olacaq”, - Zelenski bildirib.



Xəbər xətti