NATO-Ukrayna Şurası ilk dəfə toplanır

15:54 12 İyul 2023

NATO-Ukrayna münasibətlərini yeni səviyyəyə daşımaq üçün yaradılan NATO-Ukrayna Şurası tarixində ilk dəfə toplanıb.

Sitat.info xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitində Ukrayna Şurasının dövlət və hökumət başçıları səviyyəsində ilk iclası keçirilib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, NATO-nun 31 ölkəsinin liderləri, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə iclasda iştirak edib.

NATO liderləri tərəfindən alqışlarla qarşılanan Zelenski ölkələrin adlarına uyğun hazırlanmış oturma tənzimləməsində prezident Ərdoğan və İngiltərə baş naziri Rişi Sunak arasında əyləşib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti