Medvedev: Üçüncü Dünya Müharibəsi yaxınlaşır

16:24 12 İyul 2023

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, NATO sammitində Ukraynaya silah yardımını artırmaq qərarına reaksiya verərək deyib: “Bu, çıxılmaz nöqtədir. Üçüncü Dünya Müharibəsi yaxınlaşır”.

Sitat.info xəbər verir ki, Medvedev yazılı açıqlamasında Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Liderlər Zirvəsini dəyərləndirib.

NATO sammitində əldə edilən nəticələrin Rusiyanın gözləntiləri daxilində olduğunu bildirən Medvedev: “Ukraynanın NATO üzvlüyü ilə bağlı fəaliyyət planının ləğvi. Yəni daha sürətli ləğvi. “(Ukrayna) “404” ölkəsinin NATO-ya dəvəti, onların nə vaxt və hansı şərtlərlə qəbul ediləcəyi bəlli deyil”, - deyib.

Ukraynanın yəqin ki, heç vaxt NATO-ya qəbul edilməyəcəyini əsas gətirən Medvedev qeyd edib ki, alyansdakı realistlərin ucadan deməkdən qorxduğu məhz budur. Bundan əlavə, raketlər, kaset bombaları və təyyarələr də daxil olmaqla, Kiyev rejiminə silah dəstəyi hər cür artırılacaq.

Qərbin “dəli” olduğunu vurğulayan Medvedev: “Dəli olmuş Qərbin ağlına başqa bir şey gəlmir. Onlar axmaqlıq həddinə qədər proqnozlaşdırıla bilənliyin ən yüksək səviyyəsindədirlər. Bu, çıxılmaz nöqtədir. Üçüncü Dünya Müharibəsi yaxınlaşır”, - deyə bildirib.

Bu nəticələrin Rusiya üçün mənasının da aydın olduğunu qeyd edən Medvedev açıqlamasında: “Xüsusi hərbi əməliyyat eyni məqsədlərlə davam edəcək. Onlardan biri Kiyev nasist qruplaşmasının NATO üzvlüyünün rədd edilməsidir ki, biz bunu əvvəldən israrla qarşılamışıq ki, bu mümkün deyil. Ona görə də bu qrup ləğv edilməli olacaq, bu, mümkün və zəruridir”, - deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti