NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ilə müharibəsi davam edərkən NATO-ya üzv ola bilməyəcəyini ifadə edərək deyib: “Müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə, Ukraynaya NATO-ya üzv olmaq üçün dəvət göndərəcəyimizi açıq şəkildə bildirdik".
Sitat.info xəbər verir ki, Stoltenberq Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitinin ilk günündən sonra mətbuat konfransı keçirib.
Ukraynaya ciddi hərbi dəstək paketinin razılaşdırıldığını və siyasi əlaqələrin artırılması üçün NATO-Ukrayna Şurasının yaradıldığını deyən Stoltenberq, liderlərin Ukraynanın NATO üzvü olacağını təsdiqlədiklərini bildirib.
Seymur Bənnayev
Sitat.info