BMT Quranla bağlı qətnamə qəbul etdi

16:54 12 İyul 2023

BMT-nin İnsan Hüquqları Şurası səsvermənin nəticələrinə əsasən, müqəddəs kitabların yandırılması ilə bağlı hərəkətləri pisləyən qətnamə qəbul edilib.

Sitat.info xəbər verir ki, sənəddə Qurani-Kərimin açıq və məqsədyönlü şəkildə təhqir edilməsinə dair son zamanlar həyata keçirilən aktlar pislənilir və qəti şəkildə rədd edilir.

Qeyd edək ki, BMT-də İsveçdə Quranın yandırılması ilə bağlı növbədənkənar sessiyasında səsvermə keçirilib. 28 ölkənin nümayəndəsi lehinə, 12-si əleyhinə səs verib, 7 nümayəndə bitərəf qalıb. Rusiya bu qətnaməni dəstəkləyib, lakin şuranın üzvü olmadığı üçün səs verə bilməyib.



Xəbər xətti