Sudanda münaqişə nəticəsində didərgin düşmüş insanların sayı 3 milyonu ötüb

17:31 12 İyul 2023

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) aprelin ortalarından bəri Sudanda vətəndaş müharibəsi nəticəsində didərgin düşmüş insanların sayının 3 milyonu keçdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının paylaşdığı son məlumatlara görə, 2 milyon 414 min insan münaqişələr səbəbindən ölkə daxilində fərqli bölgəyə qaçıb, 737 min nəfər isə qonşu ölkələrə sığınıb.

Keçən həftədən bəri köçkünlərin sayı 180 min nəfər artdığı halda, ən çox köçkün olan ölkə 72% ilə Xartum əyaləti olub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti