Dünya əvvəlki vəziyyətinə geri dönür! Bu ölkədə pandemiya ilə bağlı bütün məhdudiyyətlər ləğv edilir

22:13 24 Mart 2022

Martın 28-dən etibarən Polşada koronavirus testi müsbət çıxanlar üçün təcrid tələbi və xaricdən gələnlər üçün isə karantin tələbi qaldırılacaq. Maska ​​taxmaq öhdəliyi isə yalnız səhiyyə müəssisələrində qüvvədə olacaq.

Bu barədə Polşanın səhiyyə naziri Adam Niedzielski mətbuat konfransında açıqlayıb.

Beləliklə, Polşada koronavirusla bağlı bütün məhdudiyyətlər ləğv edilir.

Pandemiyanın hələ də davam etdiyini deyən səhiyyə naziri Adam Niedzielski bu qərarın cəmiyyətin 90-95 faizinin koronavirusa qarşı immunitetə ​​malik olması sayəsində verildiyini deyib. Nazir ölkədə koronavirus səbəbiylə həyatını itirənlərin orta yaşının 81 olduğunu, əksəriyyətinin xroniki xəstəlik keçirdiklərini və ya peyvənd olunmadığını bildirib.

Bununla belə Polşa Səhiyyə Nazirliyinin bu gün açıqladığı məlumata görə ölkədə 8 894 nəfər koronavirusa yoluxub, 146 nəfər isə pandemiya səbəbindən vəfat edib.



Xəbər xətti