Mustafayev Qriqoryanla sərhəddə görüşdü

17:36 12 İyul 2023

Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mger Qriqoryan iki ölkənin dövlət sərhədinin müəyyən edilməsi (delimitasiyası) üzrə komissiyalarının birgə iclasını keçiriblər.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan XİN-i məlumat yayıb.

Məlumata görə, komissiyanın dördüncü iclası Azərbaycan və Ermənistan sərhədində keçirilib:

“Azərbaycan və Ermənistan liderləri arasında müxtəlif formatlı görüşlərdə əldə olunmuş razılaşmalara əsasən, tərəflər sərhədlərin müəyyənləşdirilməsinin aspektlərini, o cümlədən bir sıra təşkilati və prosedur məsələlərini müzakirə etməyi davam etdiriblər. Həmçinin iki komissiyanın növbəti iclasının gününü və yerini müəyyən etmək üçün işçi qaydada razılığa gəliblər”.



Xəbər xətti