Baydenlə Zelenskinin görüşü başladı

19:26 12 İyul 2023

Vilnüsdə ABŞ Prezidenti Co Baydenlə ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş başlayıb.

Sitat.info xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan görüşdən əvvəl deyib ki, Bayden Zelenskiyə sammitdə ölkənin NATO-ya qəbul edilməməsinin səbəbini açıq şəkildə bildirəcək.

Qeyd olunub ki, görüşdə Ukraynaya uzaqmənzilli ABŞ raketlərinin tədarükü müzakirə olunacaq.



Xəbər xətti