Bodrum yaxınlığında güclü meşə yanğını

19:38 12 İyul 2023

Türkiyənin kurort zonalarından biri olan Bodrumun yaxınlığındakı meşəlik ərazidə güclü yanğın başlayıb.

Sitat.info xəbər verir ki, yanğının söndürülməsinə çoxlu sayda yerüstü texnika və təyyarələr cəlb olunub.

Telekanalın məlumatına görə, yanğın bir saata yaxındır davam edir və alov tədricən yamac boyu yüksəlir. Güclü külək səbəbindən yanğının daha geniş əraziyə yayılması riski var.



Xəbər xətti