"G7" bəyanatı: Rusiya təcavüzünə qarşı özünü müdafiə edən Ukraynanın yanında olacağıq

20:58 12 İyul 2023

“Biz Ukraynanın yanında olacağıq, çünki o, nə qədər vaxt aparsa da, özünü Rusiyanın təcavüzündən müdafiə edir”,– "G7"nin bəyanatında deyilir.

Sitat.info xəbər verir ki, "G7" ölkələri Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammiti çərçivəsində Ukraynaya dəstək üçün birgə bəyanat yayıb.

Bəyanatda "G7" ölkələrinin özünü müdafiə edə bilən və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində gələcək hücumların qarşısını ala bilən azad, müstəqil, demokratik və suveren Ukrayna strateji hədəfinə sarsılmaz sadiqliyi bir daha təsdiq edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti