Rusiya və ABŞ kəşfiyyat rəhbərləri Ukrayna məsələsini müzakirə ediblər

21:04 12 İyul 2023

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ötən ay ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns ilə Ukrayna məsələsi ilə bağlı telefon danışığı apardığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (RXKX) direktoru Sergey Narışkin TASS xəbər agentliyinə iyunun sonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernslə telefonla danışdığını təsdiqləyib.

ABŞ tərəfinin görüşünün səbəbinin iyunun 24-də muzdlu “Vaqner” qrupunun Rusiya administrasiyasına qarşı silahlı üsyanı olduğunu bildirən Narışkin deyib: “Çünki söhbətin əsas hissəsi Ukrayna məsələsi və Ukrayna ətrafında cərəyan edən proseslərə yönəldilib. Biz Ukrayna ilə bağlı nə edəcəyimizi düşündük və danışdıq”. 

Görüşün bir saata yaxın davam etdiyi barədə məlumatı paylaşan Nariskin qeyd edib ki, Bernslə təkbətək görüş ehtimalı davam edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti