Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qara dəniz taxıl dəhlizi sazişi çərçivəsində həyata keçirilən işlərə görə Türkiyəyə minnətdarlığını bildirib.
Sitat.info xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik mövzu ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada Quterreşin razılaşmanın davam etdirilməsinə diqqət yetirdiyi bildirilib və razılaşmanın tam şəkildə həyata keçirilməsinin qlobal bazar üçün vacib olduğuna diqqət çəkilib.
Rusiya ilə BMT arasındakı anlaşma memorandumunun qlobal ərzaq qiymətlərinin aşağı salınmasında təsirli olduğuna diqqət çəkən açıqlamada: "Baş katib eyni məqsəd üçün səy göstərən Türkiyəyə minnətdardır", - deyib.