Türkiyə Prezidenti Avropa ölkələrinə çağırış edib

22:30 24 Mart 2022

“Münaqişənin tam olaraq həlli Rusiya, Ukrayna və beynəlxalq ictimaiyyət tərəfindən qəbul ediləcək etibarlı formula əsaslanmalıdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin fövqəladə Zirvə toplantısından sonra mətbuat konfransı zamanı deyib.

O, qeyd edib ki, hər kəs, xüsusən də Avropa ölkələri qapısına gələn qaçqınlara dəstək olmalı, onların problemlərini yüngülləşdirmək üçün məsuliyyət daşımalıdır.

Ərdoğanın sözlərinə görə, NATO hazırkı müharibə şəraitində Ukraynaya siyasi və praktiki dəstəyini davam etdirməli, realist və strateji yanaşma ilə hərəkət etməlidir.

Bundan əlavə Türkiyə Prezidenti NATO-da müttəfiqləri tərəfindən ölkəsinin müdafiə sənayesinə qoyulan məhdudiyyətləri aradan qaldırılmasının Alyansın ümumi maraqlarına cavab verdiyini də vurğulayıb.



Xəbər xətti