Ukrayna Prezident Aparatı müharibənin başa çatması üçün ehtimal olunan üç variantı açıqlayıb.
Sitat.info xəbər verir ki, bu barədə Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyakın danışılıb.
"Müharibənin başa çatması üçün cəmi üç variant var. Birincisi: biz qalib gəlirik - və beləliklə, regionda tam dominantlıq edəcək və çox aydın tərəfdaşlıq əlaqələri olan Ukrayna dövləti var. Onun müharibənin gedişini dəyişə biləcək ordusu var. Bununla paralel olaraq Rusiya Federasiyası ilə demilitarizasiya zonası yaradılacaq, Rusiya Federasiyası müəyyən mənzilli raketlərdən məhrum olacaq və Rusiyanın nüvə arsenallarına nəzarət üçün sammit keçiriləcək".
Podolyakın sözlərinə görə, ikinci variant Ukraynanın itirilməsi ola bilər - və bir neçə il ərzində Ukrayna tədricən öləcək: "Üçüncü variant da var - biz uduzmadıq, amma sərhəd xətti var - Minsk-3. Bu o deməkdir ki, siz sadəcə olaraq çox yavaş öləcəksiniz".
Podolyakın fikrincə Minsk -3, Ukraynada dövlətçiliyin artıq mövcud olmayacağı anlamına gələcək: "Bizim çox sadə seçimlərimiz var - qazanmaq və ya uduzmaq" - Podolyak hesab edir.
Məğrur,
Sitat.info