Hindistanda sel və torpaq sürüşmələrindən 41 nəfər ölüb

12:21 13 İyul 2023

Hindistanın şimalında güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 41-ə yüksəlib.

Sitat.info xəbər verir ki, Hindistanın şimalı güclü yağışlarla mübarizə aparır. Rəsmilər, leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində həftə sonundan bəri ən azı 41 nəfərin öldüyünü açıqlayıb.

Himaçal Pradeş ştatının baş naziri Suxvinder Sinqh Sukhu ştatda 31 nəfərin öldüyünü, Gəlirlər və Su Ehtiyatları Naziri Brahm Şankar Cimpa isə Pəncabda 10 nəfərin öldüyünü bəyan edib.

Sukhu bildirib ki, əyalətə 6 helikopter yerləşdirilib və indiyədək 2000 nəfər ərazidən təxliyə edilib. Nazirlik həftənin sonuna qədər Pəncab, Haryana, Çandiqarh, Dehli, Racastan, Uttar Pradeş ştatlarında güclü yağışın olacağı barədə xəbərdarlıq edib.

Mərkəzi Su Komissiyasının məlumatına görə, paytaxt Yeni Dehlidə Yamuna çayında suyun səviyyəsi 1978-ci ildən bəri ilk dəfə olaraq Ən Yüksək Daşqın Səviyyəsini (HFL) 207,49 metr keçərək 207,55 metrə çatıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti