Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun Vilnüs sammitindən ölkəsi üçün yaxşı nəticələrlə qayıtdıqlarını bildirib və deyib: “Bu, çox vacibdir. Müstəqillik əldə etdikdən sonra ilk dəfə NATO-ya gedən yolda Ukrayna üçün təhlükəsizlik təməli yaratdıq".
Sitat.info xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi video açıqlamada NATO-nun Vilnüs sammitini dəyərləndirib.
Zirvədən ölkəsi və Ukrayna əsgərləri üçün yaxşı nəticələrlə qayıtdıqlarını ifadə edən Zelenski: “Bu, çox vacibdir. Müstəqillik əldə etdikdən sonra ilk dəfə NATO-ya gedən yolda Ukrayna üçün təhlükəsizlik təməli yaratdıq. Bunlar dünyanın 7 aparıcı demokratik ölkəsi tərəfindən təsdiqlənən maddi təhlükəsizlik zəmanətləridir”, - açıqlamasında deyib.
Ukraynanın daha əvvəl heç vaxt belə bir təhlükəsizlik təməlinin olmadığını vurğulayan Zelenski: “Bu təməl üzərində biz ən güclü ölkələrlə ikitərəfli təhlükəsizlik razılaşmalarından ibarət yeni və hüquqi müstəvidə məcburi bir arxitektura quracağıq”, - deyə qeyd edib.
Seymur Bənnayev
Sitat.info