Rusiya: Türkiyə Rusiya taxılının ehtiyacı olan ölkələrə göndərilməsini istəyir

15:35 13 İyul 2023

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Türkiyə Rusiya taxılının emal edilərək ehtiyacı olan ölkələrə göndərilməsini istəyir.

Sitat.info xəbər verir ki, Lavrov İndoneziyanın paytaxtı Cakartada keçirilən Rusiya-ASEAN Xarici İşlər Nazirləri Toplantısında Rusiya mətbuatına açıqlamalar verib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinin Qara dəniz taxıl sazişi ilə bağlı bəzi təklifləri olduğunu dediyini xatırladan Lavrov, yeni təkliflərdən xəbərinin olmadığını bildirib.

"Görünür, bu (təklif) Rusiya prezidenti Vladimir Putin və Ərdoğanın uzun müddətdir müzakirə etdiyi mövzudur. Yəni, bu, Türkiyə ilə bizim aramızda xüsusilə taxıla daha çox ehtiyacı olan ölkələrə güzəştli şəkildə taxıl tədarükü ilə bağlı digər razılaşmalardan müstəqildir", - Lavrov deyib.

Nazir Lavrov vurğulayıb ki, Türkiyə Rusiya taxılının emalına imkan verəcək planda iştirak etməkdə və ehtiyacı olan yoxsul ölkələrə müstəqil yardım göstərməkdə maraqlıdır.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti