Zelenski: BMT baş katibinin də Qara Dəniz Taxıl Təşəbbüsü üzərində işləməsinə ehtiyac var

15:40 13 İyul 2023

Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı işinə ehtiyac olduğunu deyib.

Sitat.info xəbər verir ki, Zelenski NATO-nun Vilnüs Sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşdən sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı heç kimin heç kimlə müzakirə aparmayacağını bildirən Zelenski deyib: “Bu (Ukraynanın NATO-ya üzvlüyü) Ukraynadakı təhlükəsizlik vəziyyətinə əsaslanan real siyasi qərar olacaq”

Zelenski qeyd edib ki, onlar müttəfiqlərindən “güclü müdafiə təsdiqi” alıblar və bu, onlar üçün çox vacibdir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti