Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatı iyun ayında əvvəlki ayla müqayisədə gündəlik 91 min barel artaraq 28 milyon 190 min barelə çatıb.
Sitat.info xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına görə, hasilatın ən böyük artımı İran və İraqda müşahidə olunub. İranda gündəlik neft hasilatı 56 min barrel artaraq 2 milyon 754 min barelə, İraqda isə 54 min barrel artaraq 4 milyon 181 barelə çatıb.
Seymur Bənnayev
Sitat.info