"Rusiya separatçıların Qarabağdan çıxarılmasını təmin etməlidir" - Vüqar İsgəndərov

20:08 13 İyul 2023

"Ölkəmizdə son zamanlar baş verən hadisələr Ermənistanın sülh gündəliyinin sözdə razılıq verərək, əməldə uzatmağa cəhdləri, mütəmadi təxribatlar törətməsi onu deməyə əsas verir ki, rəsmi İrəvan hələ bu məsələni hansısa bir müqəssis zamana buraxmağı düşünür, hələ də boş xəyallar qurur. Digər dövlətlərin və qüvvələrin yalançı vədlərinə inanır və öz destruktiv fəaliyyətini davam  etdirir"

Bu sözləri sitat.info-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Deputat həmçinin Ərdoğanın "rus sülhməramlıları Qarabağı 2025-ci ildə tərk edəcək" fikirinə də münasibət bildirib:
"10 noyabr bəyanatına uyğun olaraq ərazimizdə müvəqqəti yerləşən rus sülhməramlıları da onların üzərinə düşən missiyanı tamamilə yerinə yetirmirlər. Zaman-zaman həm ölkə prezidenti, digər siyasilər Rusiya sülhməramlıları ilə bağlı öz
fikirlərini bildiriblər.


Bizim əsas tələbimiz onlar öz missiyalarına uyğun fəaliyyət göstərməli və bəyanatın 4-cü maddəsi olan ermənilərin yarım hərbi və hərbi birləşmələrini ordan çıxarmasını təmin etməlidilər. Hələlik bu məsələlər həllini tapmayıb və bu suallar hələ də rus sülhməramlılarının üzərindədir.

Rəcəb Tayib Ərdoğanın sülhməramlıların 2025-ci ilədək Qarabağı tərk edəcəklər fikri  təbii ki, bu müqavilənin şərtlərinə uyğun olaraq söylənilir. Çünki, bu bəyanatda imzalanan da onların ərazimizə müvəqqəti olaraq yerləşdirilməsi nəzərdə tutulub. Bu müvəqqəti zaman 2025-ci ildir və ondan sonra uzadılması digər məsələdi. Fakt olaraq hazırda sülhməramlılar 2025-ci ilə qədər orada fəaliyyət göstərəcəklər və ondan sonrakı müddəti Azərbaycan prezidenti vəziyyətə uyğun təhlil edərək qərarını verəcək və biz bilirik ki, zaman-zaman cənab prezident hər şeyin vaxtında doğru və düzgün qərarını verir. Bu əsasən ölkəmizin milli maraqlarına uyğun olur. Əsasən cəmiyyətin tələbi olur və təbii ki, rəsmi Bakının bütün məsələləri analiz edərək düzgün və dəqiq qərar verməsi olur. Düşünürük ki, 2025-ci ildə sülhməramlıların fəaliyyəti sona çatanda digər qərarın verilməsi də təmin ediləcəkdi".


Məğrur,
Sitat.info



Xəbər xətti