Lavrov: Rusiyanın mövqeyi dəyişməyib

21:12 13 İyul 2023

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada həll edilməli olan məsələlərdə Rusiyanın mövqeyinin dəyişmədiyini bildirib.

Sitat.info xəbər verir ki, Lavrov Rusiya mətbuatına gündəmlə bağlı qiymətləndirmələr edib.

Sülh təşəbbüslərinin uğursuzluğunda Ukraynanı günahlandıran Lavrov bildirib ki, Kiyev administrasiyası istənilən sülh təşəbbüsünü birbaşa rədd edir.

O, həmçinin bəyan edib ki, Ukrayna böhranının həlli ilə bağlı danışıqların iyulda aparılacağı barədə məlumatlar etibarsızdır.

Qərbin hərəkətləri ilə Rusiya üçün ekzistensial təhlükə yaratdığına diqqət çəkən Lavrov: "Rusiya əlində olan bütün qaynaqlardan istifadə edərək özünü müdafiə edəcək", - o qeyd edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti