Hindistanda sel nəticəsində ölənlərin sayı artır

21:22 13 İyul 2023

Hindistanın şimalında 2 həftədir təsirli olan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. Rəsmilərin verdiyi açıqlamada Himaçal-Pradeşdə 88, Uttar-Pradeşdə 12, Yeni Dehlidə 1, Cammu-Kəşmirdə 4 nəfərin öldüyü bildirilib.

Sitat.info xəbər verir ki, yağışlardan ən çox zərər çəkən Himaçal-Pradeşdə körpülər uçub, yollar dağılıb, nəqliyyatın hərəkəti dayanıb. Çandertal bölgəsində əksəriyyəti turist olan 300-ə yaxın insan helikopterlə xilas edilib.

Dövlət fövqəladə hallar rəsmiləri bildiriblər ki, sel və torpaq sürüşmələri nəticəsində ən azı 170 ev dağılıb, 600 ev isə qismən zərər görüb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti