Ukraynada baş verən hadisələr 4,3 milyon uşağın, bu isə artıq ölkənin uşaq əhalisinin yarıdan çoxunu təşkil edir, təxliyəsinə və köçməsinə səbəb olub.
SİTAT.İNFO AzVision.az-a istinadən xəbər verir ki, bu barədə UNICEF-in press-relizində deyilir.
Məlumata əsasən, 1,8 milyondan çox uşaq qonşu ölkələrə qaçqın düşüb, daha 2,5 milyon uşaq isə Ukrayna daxilində təxliyə edilməli olub.