Isuzu Rusiya bazarından geri çəkilir

10:58 14 İyul 2023

Yapon pikap istehsalçısı "Isuzu" Ukraynaya hücumlardan sonra istehsalını davam etdirə bilmədiyi üçün Rusiya bazarından çəkildiyi bildirilir.

Sitat.info xəbər verir ki, rəsmi Kyodo agentliyinin bazar mənbələrinə əsaslanan xəbərinə görə, pikap istehsalçısı "Isuzu" Rusiya bazarı üçün son qərarını verib.

Müvafiq olaraq, Isuzu 2022-ci ilin martında Rusiyanın Ukraynaya hücumlarından sonra hissələrin tədarükü problemi səbəbindən dayandırdığı istehsalı yenidən başlada bilmədi.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti