Baydendən xəbərdarlıq: " Priqojin yediyinə-içdiyinə diqqət etməlidir"

11:08 14 İyul 2023

ABŞ prezidenti Co Bayden Priqojinə, Putinin onu zəhərləyə biləcəyi ilə bağlı xəbərdarlıq edib. 

Sitat.info xəbər verir ki, o, hazırda Putinin qəzəbli olduğunu və  nə edəcəyini roqnozlaşdırmağın çətin olduğunu deyib. 

"Putinin nə edə biləcəyini təkcə Allah bilir. Onun harada olduğundan və kimə necə  münasibət bəslədiyindən olduğundan əmin deyilik. Priqojinin yerində olsaydım, nə yediyimə baxardım. Yeməyimi  götürəndə gözlərimi menyumdan ayırmazdım”. 

Rusiyanın özəl hərbi “Vaqner” qrupunun qurucusu və rəhbəri Yevgeni Priqojinə məsləhət verən prezident Bayden mümkün zəhərlənmə hadisəsinə qarşı diqqətli olmasını tapşırıb.

Nərgiz,

Sitat.info 



Xəbər xətti