AZAL-ın Bakı-İstanbul reysi gecikir

11:59 14 İyul 2023

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Bakı-İstanbul marşrutu üzrə həyata keçiriləcək J2 75 reysi texniki səbəbdən gecikir.

Sitat.info xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, sərnişinlər yaxın zamanda digər təyyarə ilə yola düşəcəklər.

Əlavə suallar üçün aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçtu vasitəsilə müraciət etmək olar.



Xəbər xətti