Əliyev parlaq diplomatdır, bunu edəcək - Mixaylov

12:40 14 İyul 2023

Azərbaycan və Ermənistan liderləri arasında Brüssel danışıqlarından qlobal irəliləyişlər gözləmirəm. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana qarşı ritorikasını yumşaltması yalnız Əliyevin parlaq diplomat olmasından xəbər verir. O, dönə-dönə qeyd edir ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa razılaşıb. Belə üstüörtülü təkan, o cümlədən Azərbaycanın siyasəti Bakının təklif etdiyi prinsiplər əsasında İrəvanın sülh müqaviləsi imzalamasına gətirib çıxaracaq.

Sitat.info xəbər verir ki, bunu rusiyalı politoloq, hərbi ekspert Yevgeni Mixaylov deyib.

“Azərbaycan Moskvada sülh müqaviləsinin imzalanmasının əleyhinə deyil, biz müttəfiqik. Lakin İrəvan yorğanı üzərinə çəkir, vaxtilə Qarabağ münaqişəsindən uzaq olan Avropa və ABŞ-ın Bakı-İrəvan prosesinə daxil olması üçün israrla töhfə verir. Bakının mövqeyi budur ki, hansı meydanda olmasından asılı olmayaraq, nəticə əldə olunsun. Çünki nizamlanma milli maraqlara uyğundur. Brüsseldə məhz Azərbaycanın milli maraqlarına riayət olunacaq və əvvəlcə Moskvanın yaxından nəzarəti altında İrəvanın imzaladığı bütün müqavilələrə əməl olunacaq. İrəvanı 2020-ci ildə razılaşdırılmış məqamlar qane etmir. O, Laçın yolunda Azərbaycan sərhəd-keçid məntəqələrinin olmasından razı deyil. Gözləyirəm ki, İrəvanın iştirakı ilə imzalanan bəzi məqamlar yenə pozulacaq. Azərbaycan Bakı-İrəvan münasibətlərinin nizamlanması mərhələsinin indiki vəziyyətində Qarabağ ermənilərinin bütün hüquqlarını təmin edəcəyini mütəmadi olaraq bəyan edir.

Ermənistanın, Armen Qriqoryan və onun kimilərinin indi etdikləri hər şey həm nüvə enerjisi, həm də Ermənistan ordusunun hazırlanması baxımından Rusiyanın milli maraqlarına ziddir. Görünür, belə bəyanatlar fonunda Ermənistanda Amerika bazaları peyda ola bilər. Onlar buna can atırlar, yəni İrəvanın Rusiya ilə münasibətlərini kəsmək üçün siyasi qərar qəbul etməsinə çalışırlar”, - o bildirib.



Xəbər xətti