Mirziyayev prezident vəzifəsinin icrasına başladı

12:56 14 İyul 2023

İyulun 14-də parlamentdə (Oliy Məclisdə) Özbəkistan Prezidenti Şövkət Mirziyayevin andiçmə mərasimi olub.

Sitat.info xəbər verir ki, Şövkət Mirziyayev təntənəli şəkildə and içərək Özbəkistan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlayıb.

İyulun 9-da keçirilən prezident seçkilərində yenidən seçilən Şövkət Mirziyayevin səlahiyyət müddəti 2028-ci ilə qədər davam edəcək.

Xatırladaq ki, Özbəkistanda növbədənkənar prezident seçkiləri iyulun 9-da keçirilib və Şövkət Mirziyayev 87,05 faiz səs toplayıb.



Xəbər xətti