"El Nino" təsiri ilə yeni temperatur rekordları qırıla bilər

14:24 14 İyul 2023

Atlantik okeanının şimalında müşahidə edilən həddindən artıq istiləşmənin gündəlik temperatur rekordlarının əsas səbəbi olduğu düşünülsə də, "El Nino"nun təsiri ilə yeni temperatur rekordlarının qırıla biləcəyi proqnozlaşdırılır.

Sitat.info xəbər verir ki, iyulun 4-də "El Nino" şəraitinin başladığını elan edən Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) rekord tarixində "ən isti həftənin" yaşandığını və qlobal orta temperaturun 2016-cı il iyulun 7-dədəki 16,94 dərəcə Selsidən 0,3 dərəcə artaraq 17,24 dərəcəyə yüksəldiyini bildirib.

Avropa Birliyinin Kopernik İqlim Dəyişikliyi Xidmətindən verilən açıqlamada dünyanın bir çox yerində istilik dalğaları yaşansa da, gündəlik temperatur rekordlarının qırılmasının əsas səbəbinin dəniz səthində rekord yüksək temperatur olduğu bildirilib.

Kopernikin araşdırmalarına görə, may ayında dəniz səthinin temperaturu bütün əvvəlki may aylarına nisbətən daha yüksək olub. Bu, iyun ayında daha yüksək temperatur anomaliyası ilə davam edib və dəniz səthinin temperaturu, xüsusən də Şimali Atlantikada, orta səviyyədən 0,91 dərəcə yüksək olub. Bu isə rekord göstəricidir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti