ABŞ-da ilin əvvəlindən bu günə qədər baş verən 28 hücumda ümumilikdə 140 nəfər həyatını itirib.
Sitat.info xəbər verir ki, "Associated Press" (AP) və "USA Today"in Şimal-Şərq Universiteti ilə birgə apardığı araşdırmanın məlumatlarına görə, yanvarın 1-dən iyunun 30-dək ABŞ-da biri istisna, hamısı silahlı ol aqla 28 atışma olub.
Sözügedən dövrdə hücumlarda 140 adam həyatını itirib. Bu dövr 2006-cı ildən bu yana ilk altı ayda ən çox hücumun qeydə alındığı dövr olub.
Seymur Bənnayev
Sitat.info