Almaniya kansleri Olaf Şolz bildirib ki, o və ölkəsinin tərəfdaşları lazım olduğu müddətdə Ukraynaya hərtərəfli dəstək verməyə davam edəcəkləri barədə razılığa gəliblər.
Sitat.info xəbər verir ki, Almaniya kansleri Olaf Şolz Berlində Finlandiyanın baş naziri Petteri Orpo ilə keçirdiyi birgə mətbuat konfransında açıqlama verib.
"Ukraynaya ehtiyac olduğu müddətcə hərtərəfli dəstəyimizi davam etdirəcəyik. Bu, həm müharibə dövrünə, həm də müharibə başa çatdıqdan sonra yenidənqurma dövrünə aiddir", - Almaniya kansleri deyib.
Seymur Bənnayev
Sitat.info