"Rusiyanın iyulun 18-də bir daha ləğv etməklə hədələdiyi Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsi və uzadılması vacibdir", - ABŞ dövlət katibi Antoni Blinken deyib.
Sitat.info xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Cakartada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirlərinin 56-cı Toplantısı üçün keçirdiyi mətbuat konfransında danışıb.
Rusiyanın Ukraynadakı müharibəsinin təkcə ukraynalılara deyil, bölgədəki digər xalqlara da zərər verməyə davam etdiyini qeyd edən Blinken: “Rusiyanın iyulun 18-də bir daha ləğv etməklə hədələdiyi Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsi və uzadılması vacibdir”, - deyib.
Seymur Bənnayev
Sitat.info