İtaliyada hava istiliyinin həftə sonu rekord həddə çata biləcəyi ilə bağlı proqnozlara uyğun olaraq, sabah üçün 15 şəhərdə, bazar günü üçün isə 16 şəhərdə "qırmızı" siqnal verilib.
Sitat.info xəbər verir ki, İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada ölkədə həftənin əvvəlindən təsirli olan həddindən artıq isti havanın təsirini daha da artıracağına diqqət çəkilib.
Açıqlamada şənbə günü 15 şəhərdə, bazar günü isə 16 şəhərdə "qırmızı" xəbərdarlığın verildiyi bildirilib.
Seymur Bənnayev
Sitat.info