SEPAH etnik bəlucu güllələdi

13:30 15 İyul 2023

İranın Kirman şəhərində “Ray” yoxlama məntəqəsində SEPAH üzvləri etnik bəlucu güllələyərək öldürüb.

Sitat.info xəbər verir ki, bu barədə yerli insan haqları fəalları məlumat yayıblar.

Öldürülən şəxsin 32 yaşlı Mehrdad Rəhmətzehi olduğu bildirilib.

Qeyd edək ki, 2022-ci ildə ümumilikdə 845 vətəndaş hərbi qüvvələrin hədəfində olub, onlardan 571 nəfəri həyatını itirib, 274 nəfər isə yaralanıb.



Xəbər xətti